Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev DGK əməkdaşlarının son günlər apardığı uğurlu əməliyyatlardan danışıb.
Unikal.org xəbər verir ki ki, bu barədə S.Mehdiyev öz sosial şəbəkə hesabında məlumat verib.
"Ölkəmizin cənub sərhədlərində gömrük orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində, təkcə son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb", - S.Mehdiyev əlavə edib.