Amerikada insan azadlığının hazırkı və 50 il öncəki durumu necədir?
18:14 02-02-2013
İQTİSADİYYAT
Amerikada insan azadlığının hazırkı və 50 il öncəki durumu necədir?
Kevin Dram adlı jurnalist ilginc məqamlarıvn üstünü açdı
Bəşər övladı nə dərəcədə azaddır? Əslində azadlığın meyarları ilə bağlı unifikasiyalar aparılsa da, vahid modellər tətbiq edilsə də, məsələyə monalit tərzdə yanaşmaq mümkünsüzdür. Bir cəmiyyət üçün azad kimi görünən şey, başqa quruluşda anarxiya əlaməti təsiri bağışlaya bilər. Amma insan azadlığı baxımından etalon kimi qiymətləndirilən ölkələr var ki, onlardan biri də ABŞ-dır. Bu mənada ABŞ mediasında insan azadlığı ilə bağlı dərc edilmiş bir yazıdakı maraqlı məqamları diqqətinizə çatdırırıq.
Müəllifi Kevin Dram adlı jurnalist olan məqalədə hazırkı Amerika cəmiyyəti ilə 50 il öncənin cəmiyyəti arasında paralellər aparılır. Jurnalist bildirir ki, əgər siz qaradərilisinizsə, mavisinizsə və qadınsınızsa, indi 50 il əvvəl olduğundan daha azadsınız.
Müəllifin sözlərinə görə, hazırda Birləşmiş Ştatlarda hansısa şirkət açaraq bizneslə məşğul olmaq 50 il əvvəlkindən daha çətindir. "Əlbəttə, biz bunun yaxşı və ya pis olduğu barədə mübahisə də edə bilərik. Amma gəlin, mübahisələri bir kənarat qoyaraq əsas diqqəti insan azadlıqları üzərində cəmləşdirək. Məni düşündürən 2013-cü ilin 1963-cü ildən yaxşı və ya pis olması deyil. Aydındır ki, indi çox azad şəkildə bir yerdən başqa yerə tezliklə yetişən məktublar və ya əşyalar göndərə bilirik. Ona görə ki, 50 il öncə belə bir şey ümumiyyətlə mümkünsüz idi. Buna görə də əsas məsələ normativ, reqlamentli azadlıqlardadır", - deyən müəllif 50 il öncənin Amerika həyatı ilə indiki dövr arasında konkret müqayisələr də aparır.
50 il əvvəl Amerikada azadlıqlar nəyə görə məhdud idi:
- Puritan qanunlarına görə mağazaların əksəriyyəti bazar günləri bağlı qalırdı;
- Səni istənilən an orduda xidmətə çağıra bilərdilər;
- Erotik filmlərə qadağa var idi və onlar qanunsuz sayılırdı. Kinonun özü isə sərt senzura ilə üzləşirdi;
- Başqa ölkələrə getmək çətin idi. Viza və digər sənədləri əldə etmək əzab-əziyyətə çevrilmişdi;
- Kontraseptiv vasitələri əldə etmək çətin idi, abortlar qanunla qadağan edilmişdi;
- Qızıla malik olmaq qanuna zidd idi;
- Qumarxanalar və kazinolar demək olar, hər yerdə qadağa altında idi.
- Marixuananı almaq və çəkmək çox çətin idi;
- Başqa ştatlardakı banklara pul qoymaq mümkünsüzə çevrilmişdi.
Hazırda Amerikada azadlıqlar nəyə görə məhduddur:
- Çox yerlərdə siqaret çəkmək olmaz;
- Təyyarəyə minmək indi daha çətindir. Ümumiyyətlə təhlükəsizliklə bağlı məhdudiyyətlər həddən artıq çoxdur;
- Zibili hara gəldi tullamaq olmaz;
- Öz torpağınızda ev tikmək həddən artıq çətinləşib. Bu icazəni almaq üçün xeyli zamana ehtiyac var;
- Silah almaq istəyirsənsə, çoxsaylı yoxlanışlardan keçməlisən. Bu proses həddən artıq uzundur;
- Vergilər çoxdur;
- Xam süd almaq çox çətindir;
- Gələn ildən amerikalılar özləri üçün tibbi sığorta almalıdırlar.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00