Ermənistan parlamentdə çıxış edən hakim "Mənim addımım" fraksiyasının deputatı Viktor Enqibaryan ölkə ictimaiyyətinə müraciət edərək, Qarabağ məsələsini həmişəlik unutmağa çağırıb.
Unikal.org xəbər verir ki, o bildirib ki, bundan sonra Qarabağ məsələsini geridə qoymaq lazımdır.
"Cəmiyyətimiz Qarabağ məsələsinə çox həssas yanaşmamalıdır. Buna artıq son qoymalıdır”, - deyən Enqibaryan erməniləri "qorxulardan qurtulmağa” səsləyib (virtualaz.org).