İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Unikal.org  xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda İsrailin mayın 10-dan bəri Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 17 uşaq olmaqla, 100 fələstinlinin öldüyü və yaralananların sayının isə 388-ə yüksəldiyi qeyd edilib.