Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 242 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 203 min 73 nəfər test edilib, onlardan 11 min 394-nün koronavirus testi pozitiv nəticə verib, 37 min 261 nəfər sağalıb, 2 min 670 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 301 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 95 min 390 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 894 min 24 nəfəri müalicə olunaraq evə buraxılıb.