Roma Papası Fransisk Fələstinlə İsrail arasında yenidən alovlanan qarşıdurmaya münasibət bildirib.
Unikal.org xəbər verir ki, Papa tərəfləri sülhə çağırıb.
"Əmin-amanlığa cavabdeh olanları silah səslərinə son qoyub, sülh yolunu seçməyə çağırıram. Uşaqlar da daxil olmaqla, bir çox günahsız insan öldü. Bu, dəhşətlidir. Qəbul edilə bilməz. Onların ölümü gələcəyi qurmaq yox, məhv etmək iradəsinin göstəricisidir. Nifrət və intiqamın hara qədər davam edəcəyinə təəccüb edirəm", – deyə Papa Fransisk vurğulayıb.