ABŞ-ın hava zərbələri İranın nüvə obyektlərinə ciddi zərər vurub.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O bildirib ki, hazırda dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər aparılır.
Nazir İran Atom Enerjisi Təşkilatının “Fordo” obyektinə dəyən zərərin nəticələrinin qiymətləndirilməsi ilə məşğul olduğunu və gələcəkdə bu barədə hökumətə hesabat təqdim ediləcəyini bildirib.
Tehranın zədələnmiş obyektdə uranın zənginləşdirilməsi prosesini bərpa etmək niyyətində olub-olmaması ilə bağlı suala cavabında Əraqçi onun yenidən işə salınması barədə qərarın hesabatdan sonra veriləcəyini vurğulayıb.