Bakı Beynəlxalq Avtovağzal Kompleksi 2025-ci ilin iyun ayı üzrə reys və sərnişin statistikasını açıqlayıb.
"Unikal" xəbər verir ki, 2025-ci ilin iyun ayında BBAK-dan 9 336 reyslə 207 748 sərnişin yola salınıb:
1. Bakı-Gəncə: 705 reys 29 997 sərnişin
2. Bakı-Q.Körpü: 557 reys 22 491 sərnişin
3. Bakı-Xaçmaz-Xudat: 536 reys 18 725 sərnişin
4. Bakı-Qusar: 500 reys 14 715 sərnişin
5. Bakı-Quba: 460 reys 12 450 sərnişin
6. Bakı-Mingəçevir: 308 reys 10 874 sərnişin
7. Bakı-Şəki: 382 reys 8518 sərnişin
Məlumata görə, onlayn gediş bileti əldə edən sərnişinlərin sayı isə 52 552 və ya 25.5% olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.