Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov iyulun 22-də Beyləqan rayonunda vətəndaşların müraciətlərini dinləyəcək.
ADSEA-dan "Unikal"a verilən məlumata görə, Agentliyin sədri Zaur Mikayılovun iyun ayında keçirilməli olan vətəndaş qəbulunun tarixi iyulun 22-nə dəyişdirilib.
Qeyd edək ki, vətəndaş görüşü Beyləqan rayonunda Beyləqan, Füzuli və Xocəvənd rayonlarının sakinləri üçün nəzərdə tutulub.