İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 310 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 77 532 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13 930 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 779 415 nəfərə çatıb.