Siyasiləşən sosial şəbəkələr
10:10 06-02-2013
İQTİSADİYYAT
Siyasiləşən sosial şəbəkələr
Seçkilərdə yeni mübarizə meydanı
Artıq sosial şəbəkələr hər bir insanın həyatının bütöv bir hissəsinə çevrilib. Tək bunu demək kifayətdir ki, bu gün Azərbaycanda sosial şəbəkələrdən istifadə edənlərin sayı yarım milyondan çoxdur və hər gündə bu rəqəm artmaqdadır. Sosial şəbəkələr əslində bu gün həm də bir informasiya daşıycılıq missiyasını həyata keçirir və siyasi proseslərin aktivləşməsinə təsir edir.
Sosial şəbəkələrdən siyasi məqsədlər üçün ilk dəfə istifadə edən isə çox maraqlıdır ki, ABŞ-ın prezidenti Barak Obama olub. O ilk dəfə namizədliyini verəndə facebook sosial şəbəkəsindən istifadə etməklə təbliğatını qurdu və uğur qazana bildi. Bundan sonra sosial şəbəkələr siyasətçilərin marağını cəlb etdi. Misir inqilabının baş tutmasında da sosial şəbəkələrin mühüm rolu oldu. Maraqlıdır, bəs Azərbaycanda durum necədir? Öncəliklə bu mövzuya toxunmamışdan qabaq bildirək ki, sosial şəbəkələrdən Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla əksər dövlət məmurları da istifadə edir. Amma bəzi hallarda ortaya başqa problemdə çıxır. Belə ki, son vaxtlar müxtəlif sosial şəbəkələrdə Azərbaycanın rəsmi şəxslərinin adına saxta profillər yaradılıb. Bir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adına da saxta profil açılıb. Ə. Həsənov mətbuata açıqlamasında həmin profilin ona məxsus olmadığını bildirib.
“Facebook” sosial şəbəkəsində profili yaradılan şəxslərdən biri də Azərbaycanın daxili işlər naziri, general polkovnik Ramil Usubovdur. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bu profillərin saxta olduğunu qeyd edib: “Bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından da iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Doğrudur, onların hər ikisi uzun müddət ərzində yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç bir aidiyyəti yoxdur”.
S. Gözəlov həmçinin vətəndaşların internet vasitəsi ilə nazir R. Usubova müraciət etməyin yollarını da izah edib: “Bir daha diqqətə çatdırırıq ki, respublikanın daxili işlər nazirinə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsi DİN-in internet saytıdır. Bu məqsədlə nazirliyin veb saytına daxil olaraq, “Vətəndaşların müraciətləri və qəbulu” bölməsinə keçid etmək lazımdır”.İndi isə qayıdaq sosial şəbəkələrin hazırkı roluna. Sosial şəbəkələr Azərbaycanda iki ildir ki, aktuallaşıb və günbə-gün sosial şəbəkələrdə bir siyasiləşmə müşahidə olunur. Tək bunu demək yetərlidir ki, facebookda yaradılan quruplarda ən azı 60 min şəxs iştirak edir. Bununla yanaşı son zamanlar aksiyaların təşkil olunmasında da sosial şəbəkələrdən istifadə olunur. Məsələn, əsgər ölümü ilə bağlı təşkil olunan aksiya facebookun məhsulu idi və qısa zaman ərzində təşkilati işləri məhz sosial şəbəkələr vasitəsi ilə həyata keçirtdilər. Bundan başqa sosial şəbəkələr həm də informasiyaların yayılması üçün yaxşı meydandır. Demək olar ki, əksər səs-küylü informasiyaların qaynağı ilk olaraq sosial şəbəkələr olub. Ekspertlər bildirir ki, son zamanlar sosial şəbəkələrdə baş verən siyasiləşmə prezident seçkilərində daha çox artacaq. Başqa qəribə bir məqam isə budur ki, sosial şəbəkə istifadəçilərinin böyük bir hissəsi müxalifət düşərgəsinə məxsusdular. “Xilas”, “İstefa” kimi qurupların hazırda 200 mindən çox üzvü var. Müxalifətdən fərqli olaraq hakim düşərgənin sosial şəbəkələrə marağı o qədərdə hiss olunmur. Hətta buna görə YAP sədrinin müavini Əli Əhmədov dəfələrlə gəncləri sosial şəbəkələrdə aktivləşməyə çağırıb. Amma elə bir ciddi nəticə əldə olunmayıb. Müşahidəçilər hesab edir ki, qarşıdan gələn prezident seçkilərində sosial şəbəkələrin rolu qabarıq şəkildə görünəcək və seçkiləri çətinləşdirən amillərdən birinə çevriləcək. Çünki sosial şəbəkələrdə bir başa ünsiyyət mümkündür və bu ünsiyyətlə tərəfdaş toplamaq rahat olur. Son İsmayıllı hadisələri zamanı da bunun şahidi olduq. Bu hadisənin müzakirəsində 50 mindən çox şəxs aktivlik nümayiş etdirdi ki, buda kifayət qədər böyük rəqəmdir. Ekspertlər bildirir ki, sosial şəbəkələr hiss olunmadan əslində cəmiyyəti aktivləşdirmək funksiyasını oynayır və bu aktivlik bəzən ciddi qarşıdurmalarla sona çatır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40