Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

Unikal.org xəbər verir ki,  2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşən Tovuz rayon sakini Nağıyev Pərviz Guloğlan oğlunun meyiti aşkar olunub.

Tovuz Rayon İcra Hakimiyyətindən  bildirilib ki, şəhidin nəşi bu gün rayona gətiriləlrək dəfn ediləcək.