Beyləqanda avtomobillə traktor toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 21-də saat 23 radələrində Beyləqan rayonunun Kəbirli kəndi ərazisində rayon sakinləri Sənan Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə T.Abbaslının idarə etdiyi “Belarus-1121” markalı traktor toqquşub. Nəticədə S.Ağayev hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.