Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Xan Şuşinski küçəsində qeydə alınıb.

"Karat-8 MMC"-yə məxsus binada komendant işləyən 1982-ci il təvəllüdlü Vasif Xudiyev binada mühafizəçi işləyən şəxslərlə əlbəyaxa dava edib.

Mühafizə xidmətinin əməkdaşları V.Xudiyevi döyüb. Yaralı xəstəxanaya yerləşdirilib.