İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha dörd erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonu ərazisində aşkar edilib.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1557 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.