Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Unikal.org xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Mirzəzadə Elnur Ceyhun oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.