Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev  qəzaya düşüb.

Unikal.org xəbər verir ki, o, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.

"Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev bildirib.

Məlumata görə, onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.

Təbriz Gülalıyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib.