Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə əməliyyat keçirib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin şöbə müdiri Orxan Zöhrabov saxlanılaraq, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Orxan Zöhrabov Nəsimi rayon məhkəməsinin sədri İlham Cəfərovun qızının həyat yoldaşıdır.
Orxan Həsənli