Bakıda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Unikal.org-un xəbərinə görə, yol qəzası paytaxtın Nərimanov rayonunda, Əliyar Əliyarov küçəsində qeydə alınıb.

Moped “Opel” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində mopedin sürücüsü xəsarət alıb.

Yaralı koma vəziyyətində xəstəxanaya çatdırılıb. (apa)