"Qəbələ" məsələsi bitdi
10:46 07-02-2013
İQTİSADİYYAT
"Qəbələ" məsələsi bitdi
Artıq avadanlıqlar çıxarılır
Nəhayət ki, Qəbələ RLS ilə bağlı məsələyə nöqtə qoyuldu. Rusiya tərəfi stansiyadan imtina edəndən sonra yeni komissiya yaradıldı və avadanlıqların gələcək taleyi müzakirəyə çıxarıldı. Daha doğrusu bu istiqamətdə ilk addım atılıb.
Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması ilə bağlı yaradılmış Azərbaycan-Rusiya birgə komissiyasının Bakıda ilk iclası keçirilib.Bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib.
O qeyd edib ki, qeyd olunan müzakirələr Qəbələdə davam etdiriləcək. Səfir iclasda hansı avadanlığın Azərbaycandan çıxarıla biləcəyi məsələsinin müzakirə olunduğunu deyib: "Biz Qəbələ radiolokasiya stansiyasını Azərbaycana qəbul etdiyimiz şəkildə qaytarmalıyıq. Bundan başqa saziş imzalandıqdan sonra gətirdiyimiz avadanlıqlar Rusiyanın mülkiyyətidir və onu geri aparmaq hüququmuz var".
Səfirin sözlərinə görə, bu məsələ qısa müddət ərzində öz həllini tapacaq: "Və bundan sonra stansiyanın tam şəkildə Azərbaycanın yurisdiksiyasına keçməsi barədə sənədlər imzalanacaq və Rusiya aparmaq hüququna malik olduğu avadanlıqları Azərbaycandan çıxarmağa başlayacaq".
Maraqlıdır, bəs bu avadanlıqlar Azərbaycanı maraqlandırırmı? Ekspertlər bildirir ki, əslində bu avadanlıqlar Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu səviyyəli stansiyaya Azərbaycanın sahib olmasının mənası yoxdur. Hətta belə bir fikirdə səsləndirilir ki, ümumiyyətlə bu stansiya kökündən ləğv olunacaq. Qeyd edək ki, hazırda hakimiyyət Qəbələ rayonunu turizm mərkəzinə çevirməyə çalışır və buna görə də radiasiya mənbəyinə çevrilən bu stansiya ümumiyyətlə yox ediləcək. Müşahidəçilər bildirir ki, belə olan halda hansısa avadanlıqlar ölkədə qala bilər ki, bunu da Azərbaycan daha böyük dövlətlərə sata bilər. Məsələn, bu baxımdan Türkiyə nəzərdə tutulur. Amma buda bildirilir ki, Rusiya strateji əhəmiyyətli avadanlıqları ya Azərbaycana verməz ya da onun satışına imkan verməz. Belə olan halda hazırda danışıqların problemsiz olduğu qənaəitinə gəlmək olar. Bunu da qeyd edək ki, məlum stansiya ləğv ediləndən sonra Rusiyanın Azərbaycanda hər hansı bir hərbi bazası qalmadı. Bunu da qeyd edək ki, Qəbələ məsələsində bir araya gələ bilməyəndən sonra Rusiya Ermənistanla əməkdaşlığı daha da gücləndirdi. Son bir il ərzində Rusiya Ermənistana bəlkədə milyonlarla manat dəyərində hərbi texnika verdi. Bununla yanaşı Gümrüdə ki, hərbi bazasını da iki dəfə böyütdü. Bu isə regionda balansın pozulmasından başqa bir şey deyil. Məsələnin başqa bir tərəfi isə budur ki, son bir neçə ay ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınında Ermənistana marağı artıb və bir neçə dəfə səfərlər təşkil edilib. Qeyd edək ki, adı çəkilən təşkilat hərbi təşkilatdır və bu təşkilata Rusiya ilə yanaşı bir neçə ölkədə üzvdür. Əslində isə təşkilat Rusiyanın təsirindədir və zaman-zaman Azərbaycan əleyhinə bu təşkilatdan istifadə olunub. Bunu da qeyd edək ki, sonuncu dəfə təşkilatın baş katibi açıqlama verərək bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında müharibə olarsa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana hərbi dəstək verəcək.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40