Ermənistanda itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirirlər.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, etirazçılar bir sıra küçələri bağlayıblar.

Məlum olub ki, səlahiyyətlilər səs-küydən qaçmaq üçün Qarabağda ölən erməni hərbçilərin cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Valideynlər onlara verilən rəsmi məlumatları araşdırdıqdan sonra Qarabağda cəsədlərin axtarışı zamanı meyitxanaya daxil olan ölənlərin sayından daha az cəsəd tapıldığını aşkar ediblər.

İtkin düşən hərbçilərin yaxınları bildirib ki, hökumət çox sayda itkin düşən erməni hərbçilərin sayını cəmiyyətə bəyan etməmək üçün cəsədləri soyuducuda gizlədirmiş. Valideynlər bütün vətəndaşları onlara qoşulmağa çağırıb.