Ara Ayvazyan Ermənistan xarici işlər naziri vəzifəsindən istefasının səbəbini açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə o, Xarici İşlər Nazirliyinin əməkdaşları ilə vidalaşarkən danışıb.
Ayvazyanın sözlərinə görə, o, Xarici İşlər Nazirliyinin milli və dövlət maraqlarına zidd təşəbbüsləri təsdiqləyə biləcəyinə dair şübhələrin qarşısını almaq üçün istefa verib.
"Bu qərarı vermək mənim üçün çox çətin idi, amma vəzifəyə gələndə əsas meyarım nazirliyin suverenliyimizi, müstəqilliyimizi, dövlətimizi və milli maraqlarımızı qəti şəkildə müdafiə etməsi olub. Ümid edirəm ki, sizi məyus etmədim. İstefam, Xarici İşlər Nazirliyinin milli və dövlət maraqlarına zidd fikir, təşəbbüslərlə razılaşa biləcəyinə dair şübhələrin əsla olmaması ilə əlaqədardır".
Qeyd edək ki, mayın 28-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib.