Bu gün Gorus rayonu ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin idarəetmədən çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
Qeyd olunub ki, hadisə yerinə bir neçə təcili yardım maşını cəlb edilib. “Ural” markalı 3177 dövlət nömrə nişanlı hərbi yük maşınının aşması nəticəsində 10 nəfərədək hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəsisələrinə yerləşdirilib. Hadisə nəticəsində yaralanan hərbi qulluqçular Emil Ağamalyan və Vağaş Soqomonyanın vəziyyətinin ağır olduğu bildirilir.