Fransanın dövlət başçısı Emmanuel Makron və həyat yoldaşı Brijit Makron koronavirusa qarşı peyvənd olunub.

Unikal.org-un məlumatına görə, bu barədə Makron özünün tvitter hesabında bildirib.

“Mən və Brijit 25 milyon fransız kimi peyvənd olunduq. Hamı peyvənd olunsun, özümüzü və yaxınlarımızı qoruyaq”.

Onların hansı peyvənddən istifadə etdiyi məlum deyil.