"İntel Karpereyşn"in icraçı direktoru Pat Gelsinger qlobal çip tədarükü çatışmazlığının bir neçə il daha davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki, koronavirus pandemiyası zamanı çip böhranı həm istehsal problemləri, həm də elektron məhsullara olan tələbin artması səbəbindən ön plana çıxıb.
Pat Gelsingerin mövzu ilə əlaqədar verdiyi açıqlamada, yarımkeçiricilərdəki qlobal problemin həlli üçün bir neçə il daha çox vaxt lazım ola biləcəyini söyləyib.