İkinci Qarabağ müharibəsi ötən il yekunlaşsa da, Ermənistan cəmiyyətində gərginlik səngimir.
Unikal.org xəbər verir ki, indiyədək döyüşlərdə ölmüş erməni hərbçilərin sayı dəqiq açıqlanmayıb. Lakin qeyri-rəsmi məlumatlarda müharibə itkilərinin sayının 6-7 min, əlillərin sayının isə 10 mindən çox olduğu bildirilir.
Hazırda erməni cəmiyyətini ən çox düşündürən problem itkinlərin sayının çoxluğu və hələ də bir çox cəsədlərin qalıqlarının tapılmamasıdır. Bu səbəbdən tez-tez İrəvanda əsgər analarının etiraz aksiyalarının şahidi oluruq. Dünən isə erməni mediasında ölüxanaların soyuducularında yüzlərlə cəsəd qalıqlarının gizlədilməsi ilə bağlı fotolar yayılıb. Görüntülər Ermənistanda ciddi etiraz doğurub. Ölkənin ictimaiyyət nümayəndələri, siyasətçilər itkin düşmüş əsgərlərin cəsədlərinin gizlədilməsi və ölən hərbçilərin adlarının tədricən açıqlanmasını sərt formada tənqid ediblər.
Erməni ictimai fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan hesab edir ki, cəsəd qalıqlarının gizlədilməsi hökumətin sifarişidir.