Paşinyanın mühafizəçiləri "Nikol satqındır!" deyib qışqıran vətəndaşlardan birinə hücum ediblər.
Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mühafizəçiləri vətəndaşı ölümcül döyüblər. Həmin anlar anbaan kameralara əks olunub. Döyülən şəxsin kimliyi hələ ki məlum deyil.