Əfqanıstanın Qor və Uruzqan vilayətlərində iki rayon Talibanın nəzarətinə keçib.
Unikal.org xəbər verir ki, bu barədə Qor valisi Əbdül Zahir Faizzadə mətbuata açıqlamasında deyib.
O bildirib ki, Taliban qruplaşması Qor vilayətinin Şahrek rayonuna hücum edib. Hücum nəticəsində təhlükəsizlik qüvvələri rayon mərkəzindən geri çəkilməyə məcbur olub.
Faizzadə rayonun geri alınması üçün əməliyyat hazırlıqlarının başladığını vurğulayıb.