İyunun 8-də Rusiya ilə Türkiyə xarici işlər naziri müavinləri arasında Moskva şəhərində məsləhətləşmələr aparılıb.
Unikal.org xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, Suriya, Qarabağ, Yaxın Şərq kimi münaqişələrin həllilə bağlı siyasi məsələlər müzakirə olunub. Münaqişə bölgələrində gərginlik mənbələrini aradan qaldırmaq, davamlı atəşkəsə nail olmaq, əlaqəli şəkildə humanitar yardımları artıraraq qaçqınları geri qaytarmaq istiqamətində əlavə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin Qarabağda bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət edən birgə mərkəzin fəaliyyəti yüksək qiymətləndirilməklə Cənubi Qafqazda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması üçün işlərin davam etdirilməsi qərarlaşdırılıb.