Aqiyə Naxçıvanlı təcili iclas cağırdı
12:33 09-02-2013
İQTİSADİYYAT
Müəllimlər inistutundakı həbs filial direktorlarını təşfişə salıb,İsa Veyisovun başı üzərində "qara bulud" var
Müəllimlər İnstitutunun Qazax filialı ətrafında yeni qalmaqal baş verir. Adı ölkə mətbuatında ən korrupsiyalaşmış təhsil müəssisələrindən biri kimi hallanan filialın rəhbər şəxslərindən birinə iki maddə ilə cinayət işi qaldırılaraq həbs edilib.
Qeyd edək ki, iki gün əvvəl Baş Prokurorluq təhsil sahəsində aşkar edilmiş yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının rektor müavini Vahid Mustafayevin qanunsuz əməlləri barədə daxil olmuş material araşdırılıb.
Müəyyən edilib ki, V. Mustafayev Vəliyeva Aygün Seyfəddin qızının filialın qiyabi şöbəsinə rəsmi qəbul imtahanlarından kənar qəbul etdirilməsi üçün atası Seyfəddin Vəliyevdən 2007-ci ildə 3.200 ABŞ dolları, 2007-2011-ci tədris illəri üzrə hər semestr üçün çəkiləcək xərc, eləcə də A. Vəliyevanın guya təhsilini həmin filialda başa vurması barədə diplom veriləcəyi adı ilə ayrı-ayrı vaxtlarda 1.900 manat məbləğində pulu aldatma yolu ilə alaraq 2012-ci ilin iyun ayında A. Vəliyevanın adına saxta diplom təqdim edib.
Fakta görə CM 311.2-ci (rüşvət alma) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu məlumat əslində bir o qədər də təəccüblü deyil; çünki Müəllimlər İnstitutunun Qazax filialında bu cür qanunsuz, korrupsiya və rüşvət saçan əməllər haqqında elə bir gün yoxdur ki, mərkəzi mətbuat nəsə yazmasın. Xüsusən filialın keçmiş rektoru İsa Veyisovun rəhbərliyi dövründə bura "açıq bazar"a çevrilib və qanunsuz diplom satışı görünməmiş miqyas alıb.
İsa Veyisov ötən ilin noyabrında nəhayət ki, görəvindən kənarlaşdırılıb və bundan sonra Qazax filialına vaxtilə Gəncədə filial direktorunun tədris işləri üzrə müavini olmuş Afaq Qasımova rəhbər təyin edilib. Bununla belə, Veyisovun rəhbərliyi dövründə filialda az qala legitimlik qazanan qanunsuz əməllərin izlərini aradan qaldırmaq üçün hələ uzun zaman tələb olunur.
Elə prokurorluğun rəsmi məlumatında bəhs edilən cinayət əməlində də Veyisovun dəsti-xəttini sezməmək mümkün deyil; məsələ burasındadır ki, orada haqqında danışılan saxta yolla filialın qiyabi şöbəsinə qəbul məhz sabiq filial direktorunun zamanında baş verib. Bu zaman həmin məsələdən İsa Veyisovun xəbərsiz olduğunu söyləmək absurddur, çünki adıçəkilən filialdakı özbaşınalıqlardan xəbərdar olanlar orada İsa Veyisovun izni olmadan "quş uçmadığını" yaxşı bilirlər.
Ona görə də belə ehtimal etmək olar ki, açılmış cinayət işi istintaq tədbirləri nəticəsində xeyli genişlənəcək və məsələ İsa Veyisovadək uzanacaq. Yəni qarşıda artıq görəvdən uzaqlaşdırılmış filial direktorunun da məsuliyyətə cəlb edilməsi ehtimalından danışmaq mümkündür.İşin sonunda aldığımız bir məlumatda bildirilir ki,Qazax filialindakı həbslə bağlı Azərbaycan Müəllimlər inistitutunun rektoru Aqiyə Naxçıvanlı dünən filal direktorlarını yığaraq geniş tərkibli iclas keçirdib.Mənbənin sözlərinə görə son həbsdən ehtiyatlanan rektor işlərin qaydada olmasını ,saxta diplom məsələsinə son qoyulmasını tapşırıb.Verilən xəbərdə oda bildirilir ki,Qazax filialındakı həbs bəzi filal direktorlarınıda şəkər xəstəliyinə salıb.Demək olar ki saxta diplom məsələsi nədənsə tez-tez hallanan Müəllimlər inistitutunun filalarıdır.Mənbə bu saxta diplom məsələsində filialların birinində adını çəkdi.Hətda orda yoxlama olarsa həmin filialın direktoru həbs olunmalıdır dedi. Düzdür həmin saxta diplomlar bizə məlumdur amma dəqiqləşdirib,aidiyyatı qurumlara göndərdiyimiz sorğulara cavab aldıqdan sonra içtimayyətə məlumat verəcəyik.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40