Dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.
Unikal.org xəbər verir ki, bu sözləri Ermənistanın sabiq dövlət başçısı yerli televiziyaların birində deyib.
"Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur", - deyə Levon Ter-Petrosyan vurğulayıb.
O, həmçinin də, "Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, -deyə qeyd edib.