“Bu gün bəxtiyaram. Çünki Qarabağı azad etmiş can Azərbaycanın Milli Məclisində sizlərlə bərabərəm”.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bildirib ki, Qarabağın azad edilməsi Azərbaycanın 30 illik müstəqillik tarixinin ən önəmli hadisəsidir: “Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq”.