Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla toy etməyə hazırlaşır.
Unikal.org xəbər verir ki, müğənni bu haqda "10-da görüşək" proqramında deyib. O bildirib ki, toy üçün iki gəlinlik hazırlayıb.
Sənətçi gəlinliklərindən birini türkiyəli modelyer Muammer Kətançının hazırladığını söyləyib. Muammer paltarı 2 aya hazırlayıb.
Qeyd edək ki, Sevda və Zakir ötən il nikah masasına oturub. Cütlük pandemiyaya görə toyunu bir neçə dəfə təxirə salıb.