Ermənistanda növbədənkənar parlament seçkilərinə iki gün qalmış maraqlı hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, yerli mediada seçicilərin pul ilə ələ alınmasına dair faktlar dərc edilib. Belə ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın partiyası tərəfdar toplamaq üçün vətəndaşlara pulsuz benzin paylayıb.