Bakı şəhərinin Nəsimi rayonunda təmir-tikinti zamanı kişi hündürlükdən yıxılıb.
Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində İ.Həsənovun meyit tikinti sahəsindəki betonlanmış çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.