Çexiyanın Cənubi Moraviya Bölgəsi təbiət hadisəsinin təsirinə məruz qalıb.
Unikal.org xəbər verir ki, dəhşətli qasırğa bölgədəki, yaşayış məskənləri, ictimai binaları yararsız vəziyyətə salıb. Bununla yanaşı evləri su basıb. Əraziyə xilasedici qüvvələr cəlb olunub. Onlar insaların bir qismini təxliyə etsə də, yüzlərlə insanın itkin düşdüklərini bildiriblər.
Belə ki, ərazidən təxliyə olunan 150-dən çox insan xəsarat alaraq, xəstəxanaya yerləşdirilib.