Qax rayonunda ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.