Rusiyanın "Sputnik" agentliyinin müxbiri Abed Əl-Bai Livanın paytaxtı Beyrutda döyülüb.
Unikal.org xəbər verir ki, o Fələstin hərəkatı olan "Fəth" tərəfdarları və müxaliflərin təşkil etdiyi mitinq zamanı fiziki təzyiqlərə məruz qalıb.
Jurnalist Fələstin səfirliyinin qarşısında təşkil edilən aksiyanı lentə alırmış. Müxbir bir qrup insanın gənci döyməsini çəkməyə başlayarkən arxa planda "sən bunu kimin üçün çəkirsən?" sualı eşidilib. Bundan sonra isə jurnalistə hücum edilib.