İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi yerli məhkəmə tərəfindən azərbaycanlı iş adamı Mübariz Mənsimova “FETÖ-yə bilərək və istəyərk yardım etmək” cinayətinə görə verilən 5 illik həbs qərarını qüvvədə saxlayıb.

Unikal.org xəbər verir ki, vəkillərin vəsatətini rədd edən məhkəmə 5 illik həbs qərarını qanunauyğun hesab edib.