Ermənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsindən paylaşılan xəbərdə deyilir:

“Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərkəzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib”.

Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərkəzi ərazisində iyunun 30-da 3 sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı.