Sumqayıt şəhərində 50 yaşlı kişi dənizdə batıb.

Unikal.org xəbər verir ki, hadisə Xəzər dənizinin “Xəzər bağları” yaşayış massivi istiqamətində olan hissəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Vasif Seydulla oğlu nəzarətsiz ərazidə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.