ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan və Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb.

Unikal.org xəbər verir ki,  A. Linde bu barədə "Twitter" hesabındakı paylaşımpmda qeyd edib.

"Əlavə olaraq saxlanılmış 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini açıqlamasını alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında daha çox etimadyaratma dayanıqlı nizamlanma üçün yol aça bilər",-deyə ATƏT sədri bildirib.