Böyük Britaniyada son sutka ərzində 24 248 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 903 434 nəfərə çatıb.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 15 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 222 nəfərə çatıb.