ABŞ-ın Nyu-York şəhərində küçənin ortasında qadına təcavüz edən şəxs polislər  tərəfindən axtarılır. 

Unikal.org  xəbər verir ki,  hadisə  səhər saatlarında qeydə  alınıb.  Belə ki, 35 yaşlı qadına təcavüz edən şəxsin görüntüləri  müşahidə kameralarına əks olunub. Qadının qışqırıq səslərinə ətrafdakı insanlar yetişib.  Lakin təcavüzkar şəxs hadisə yerində qaçmağı bacarıb.  

Polislər şəxsi görənlərdən onlara məlumat verməsini tələb edib. Hətta  onun yerini  söyləyənlərə 3500 dollar mükafata verəcəklər.