Braziliyada bütün dünyanı heyrətləndirən cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 8 aylıq hamilə qadın naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, 2 uşaq anası olan qadın qaçırılıb, daha sonra o məcburi doğuzdurulub. 23 yaşlı Thaysa qanaxmadan həyatın itirib. Naməlum şəxs və ya şəxslər isə körpəni qaçırdıblar.
23 yaşlı qadının ailəsi qızlarının qaçırılması barədə polisə müraciət edib. Axtarış zamanı qadının cəsədi tərk edilmiş evdən tapılıb.
Baş vermiş hadisə ilə bağlı polis körpənin axtarışlarına başlayıb.