Haiti Prezidenti Jovenel Moizinin qətlə yetirilməsindən sonra bu ölkədən qaçqın axını təhlükəsinə qarşı Dominikanda epidemioloji həyəcan elan edilib.
Unikal.org xəbər verir ki, bu barədə Dominikanın Səhiyyə Nazirliyinin epidemiologiya şöbəsinin rəhbəri Ronald Skeves bildirib.
Səhiyyə Nazirliyinin nümayəndəsi Haiti ilə sərhəddə işləyən epidemioloqların üzərinə xüsusi bir yük düşdüyünü söyləyib.
Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moizi iyulun 7-də iqamətgahına edilən silahlı hücum nəticəsində öldürülüb. Baş nazir vəzifəsini icra edən Klod Jozef ölkədəki təhlükəsizlik vəziyyətinin Haiti Milli Polisi və Silahlı Qüvvələrinin nəzarəti altında olduğuna əmin edərək, əhalini sakit olmağa çağırıb.
Moizi öldürüldükdən sonra Dominikan Prezidenti Luis Abinader Haiti ilə dövlət sərhədinin tamamilə bağlanmasını əmr edib. Sərhəd bölgələrində təhlükəsizliyi təmin etmək üçün fəaliyyət planı hazırlamaq məqsədilə ölkənin hərbi rəhbərliyinin təcili iclası keçirilib.