Bu gün Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublunun ittiham olunduğu cinayət işi üzrə qərar elan olunub.

Unikal org xəbər verir ki,  bu barədə onun qızı Nigar Həzi şəxsi "Facebook" səhifəsində yazıb.

Məlumata görə, T. Yaqubluya 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası verilib. 

Onun barəsindəki ev dustaqlığı qərarı ləğv edilib.

İttiama görə, ötən il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.