Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən Kolumbiyalı hərbçilərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar.
Unikal.org xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazirliyi təsdiqləyib.
Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib ki, bu, xarici hərbi təlimlərə dair məlumat bazalarının araşdırılması nəticəsində məlum olub:
"Mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər".
Onun sözlərinə görə, ABŞ Müdafiə nazirliyi araşdırmaları davam etdirir.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Cinayətlə əlaqədar 18 kolumbiyalı və iki Haiti məşəli amerikalı olmaqla 23 nəfər həbs edilib.