1972-ci ildə Pensilvaniyadan olan ekspedisiya Cənubi Azərbaycanda yerləşən Həsənli Təpəsində arxeoloji qazıntılar aparıb.

Unikal.org xəbər verir ki, Robert Daysonun rəhbərlik etdiyi qrup, bir-birinə sarılmış iki insan skeletinin qalıqlarını aşkarlayıb. 

Daha sonra məlum hadisə "Həsənli Sevgililəri" və ya "2800 illik öpüş" adları ilə məşhurlaşıb. 

Arxeoloqlar hesab edir ki, bu ərazidə hansısa yaşayış məskəni olub. Sözügedən məkanda müharibə baş verib. Həmin cütlük, edilən hücum zamanı ölməmək və ya əsir düşməmək üçün taxıl anbarındakı iri bir qutunun içində gizlənib. Lakin hücum edənlər ərazini yandırdığı üçün, onların hər ikisi bir-birinə sarılaraq həlak olub.