Məşhur yazıçı və Professor Dr. Avram Noam Çomski son illərdə Avropa və Amerikada artan İslamofobiya ilə bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, A.Noam bu haqda Demirören Xəbər Agentliyinə danışıb.
İslamofobiyanın çağdaş bir məsələ olmadığını vurğulayan yazıçı, İslam qorxusunun qərb mədəniyyətində kök saldığını və bunun min illərdir belə olduğunu bildirib:
"Bu fobiyanı aradan qaldırmaq üçün əvvəlcə İslamofobiyanı başa düşmək lazımdır. Cəmiyyəti məlumatlandırmadan və maarifləndirmədən sosial problemləri həll etmək mümkün olmayacaq".
Noam həmçinin "Avropa inanılmaz dərəcədə irqçidir" deyə vurğulayıb.
Qeyd edək ki, Avram Noamın valideynləri olan Zeev "Uilyam" Çomski və Elzie Simonofski Aşkenazi yəhudiləri idilər. Çomski hər zaman müsahibələrində heç bir dini inanca sahib olmasa da, azadlıq teologiyası kimi dini formaları qəbul etdiyini bildirib.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının son araşdırmalarına görə, 2021-ci ilin ilk 6 ayında Avropa ölkələrində İslamofobiya iki dəfə artıb.
Ağarza Elçinoğlu